30 Iyul 2010-cı il N 136(3025)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9008)
Dieqo Rivera - romantik kommunist (8771)
Cankorelin dialoq arzusu (6222)
Özünü kölgəyə verən müxalifət (5596)
Dədəli-nənəli qələbə (5547)
İP-in "peyğəmbər"i (5498)
Əzrayılın bala paylamaqlığı (5475)
Kölgənin kölgəsi (5437)
Seçki kəşfləri (5406)
Manıslarımız kimə arxalanırlar? (5372)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Viza məsələsi yenə açıq qaldı...
Azərbaycanla Türkiyə hökumətləri Strateji İşbirliyi Şurası yaradır

"Türkiyə və Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində əlaqələri daha da genişləndirmək və ticarət dövriyyəsini artırmaq üçün bəzi məsələlərdə razılığa gəlib". Bu sözləri Azərbaycana səfərinin yekunlarına dair dünən keçirdiyi mətbuat konfransında Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayan söylədi.

   O, Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyev, baş nazir Artur Rasizadə və bir sıra hökumət strukturlarının rəhbərləri ilə önəmli görüşlər keçirdiyini, ciddi nəticələrin əldə olunduğunu bildirdi. "Səfər çərçivəsində mən iqtisadi inkişaf, maliyyə, nəqliyyat nazirləri, baş nazirin müavini, həmçinin Dövlət Gömrük Komitəsinin sədri ilə görüşdüm. Görüşdə bir sıra önəmli məsələlər müzakirə olunub və bəzi məsələlərlə bağlı razılıq əldə edilib".

   Azərbaycana 100 nəfərlik iş adamı ilə gəldiyini deyən nazirin sözlərinə görə, Bakıda keçirilən biznes-forum çərçivəsində 500-dən artıq ikitərəfli işgüzar görüşlər keçirilib, 10 şirkət arasında ümumi dəyəri 10 mln. ABŞ dolları təşkil edən anlaşma əldə olunub.

   Z.Çağlayan ölkəsinin Naxçıvan Muxtar Respublikası ilə əlaqələri genişləndirməyə də maraqlı olduğunu qeyd etdi. Belə ki, hazırda Naxçıvana həftədə 3 dəfə uçuşlar həyata keçirən "Türk Hava Yolları" şirkətinin reyslərinin sayının 4-ə çatdırması gözlənilir. Həmçinin Naxçıvanda Azərbaycan və Türkiyə iş adamlarının biznes-forumunun keçirilməsi də planlaşdırılır.

   Çağlayan "Türkiyə İş Bankası"nın Azərbaycanda nümayəndəlik açmaq istədiyini, bu məqsədlə Azərbaycan Mərkəzi Bankına müraciət etdiyini, həmçinin Türkiyə şirkətlərinin Azərbaycanla turizm, o cümlədən qış turizminin inkişaf etdirilməsinə dair layihələrdə iştirak edə biləcəyini vurğuladı.

   Türkiyəli nazirin sözlərinə görə, Bakıda keçirdiyi görüşlərdə hökumətlər arasında yüksək səviyyəli Strateji İşbirliyi Şurasının yaradılması istiqamətində müzakirələr də aparıb. Azərbaycan tərəfi ilə görüşlərin nəticəsi olaraq, şirkətlər arasındakı mübahisələrin araşdırılması üçün bir vaxtlar hökumətlərin müvafiq strukturlarının nümayəndələrinin təmsil olunduğu komitənin fəaliyyətinin bərpa edilməsi barədə razılıq əldə olunub.

   Z.Çağlayan dövlət başçısı İ.Əliyevlə görüşdə viza məsələsinə toxunduqlarını söylədi: "Türkiyə 65 dövlətlə qarşılıqlı olaraq vizanı qaldırıb. Azərbaycan vətəndaşları üçün vizanı isə birtərəfli olaraq 3 il öncə qaldırmışıq. İndi sizlər Gəncəyə, Qəbələyə getdiyiniz kimi, Türkiyənin də istənilən şəhərinə gedə bilərsiniz. Biz bu addımı azərbaycanlı qardaşlarımızdan da gözləyirik. Və bu məsələni prezident İlham Əliyevlə görüşdə bir daha dilə gətirdik. Madam Rusiya ilə bunu ediriksə, qardaş ölkə ilə niyə olmasın?", - deyən Z.Çağlayan amma viza ilə bağlı Azərbaycan tərəfindən hansı cavabı aldıqlarını açıqlamadı.

   
Aqil CAMAL
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws