"Sosintern"in baş katibi ASDP-də olub
Azərbaycanda səfərdə olan Sosialist İnternasionalının baş katibi Luis Ayala Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) rəhbərliyi ilə görüşüb. Xəbəri APA-ya ASDP sədri Araz Əlizadə verib.
Məlumata görə, görüşdə ASDP ilə Sosialist İnternasionalın əlaqələri, partiyanın bu ittifaqda fəaliyyəti və perspektivləri, bu il Azərbaycanda keçiriləcək parlament seçkisi, Dağlıq Qarabağ münaqişəsi və Sosinterinin Azərbaycanda keçirəcəyi beynəlxalq konfranslarla bağlı müzakirələr aparılıb. Əlizadə bildirib ki, Ayalanın səfəri bir neçə gün davam edəcək.
"Sosintern"in baş katibi bu gün Azərbaycanın xarici siyasət idarəsinin başçısı Elmar Məmmədyarovla görüşəcək.