Müxalifət
icazəsiz aksiyaya
çıxacaq
Müsavat Partiyası, AXCP və Demokratiya Uğrunda İttifaq (DUİ) iyulun 31-də Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirmək barədə qərar qəbul edib.Bunu APA-ya Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.
Müxalifət partiyalarının mitinq keçirilməsi üçün paytaxt meriyasına bir neçə yer təklif etdiklərini deyən A.Hacılının sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti həmin yerlərin heç birində aksiya keçirilməsinə razılıq verməyib: "Biz AXCP və DUİ rəhbərləri ilə müzakirələr apardıq və icazəsiz aksiya keçirmək barədə qərar qəbul etdik".
Aksiyada parlament seçkisi öncəsi Seçki Məcəlləsinin dəyişməsi, seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılması, sərbəst toplaşmaq azadlığının təmin olunması və digər tələblər səsləndiriləcək.