Türk deputatlar
parlamentdə oldular
Dünən Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanda səfərdə olan deputatlara görüşüb. Bu barədə MM-in mətbuat xidmətindən bildirilib.
Görüşdə O.Əsədov Azərbaycan və Türkiyə parlamentləri arasında əlaqələrin inkişafında dostluq qruplarının rolunu xüsusi qeyd edib. O, Azərbaycan-Türkiyə parlamentlər-arası işçi qrupu Milli Məclisdə ən böyük dostluq qruplarından biri olduğunu deyib.
TBMM-in Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mustafa Kabakçı bildirib ki, dövlət, hökumət və parlament üzvlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədlərindən biri iqtisadi sahədə əlaqələri daha da genişləndirməkdir (APA). Nümayəndə heyətinin Naxçıvanda da olacağını deyən qrup rəhbəri bundan sonra digər türkdilli ölkələrə də bu cür səfərlər nəzərdə tutulduğunu vurğulayıb.
Tərəflər türkdilli ölkələr arasında əlaqələrin inkişaf perspektivləri, ikitərəfli və çoxtərəfli münasibətlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Türkiyəli deputatlar dünən həmçinin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşüblər. Görüşdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində və möhkəmlənməsində parlamentlərin rolu, işçi qruplarının fəaliyyəti, deputatların beynəlxalq təşkilatlarda xalqlar və dövlətlər üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə eyni mövqedən çıxış etmələrinin vacibliyi vurğulanıb.