30 Iyul 2010-cı il N 136(3025)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9009)
Dieqo Rivera - romantik kommunist (8772)
Cankorelin dialoq arzusu (6223)
Özünü kölgəyə verən müxalifət (5596)
Dədəli-nənəli qələbə (5547)
İP-in "peyğəmbər"i (5498)
Əzrayılın bala paylamaqlığı (5476)
Kölgənin kölgəsi (5437)
Seçki kəşfləri (5406)
Manıslarımız kimə arxalanırlar? (5372)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Şəkər tozu "qurban"ı

Sankt-Peterburqda iki azərbaycanlı tutulub. 35 yaşlı Elmar İsmayılov və 30 yaşlı Rauf Cabbarov biznesdə şərik olduqları adamı oğurlayaraq onu 20 gün girov saxlamaqda suçlanırlar.

   Rusiyanın Leninqrad vilayət milisiniin mətbuat xidmətindən verilən məlumata görə, oğurlanmış özbək iş adamının ailəsinə zəng vuran azərbaycanlıların girov götürdükləri adamın ona 600 min rubl borclu qaldığını söyləyiblər. Onlar həmin məbləğin dərhal ödənməsini tələb ediblər. "Milisə xəbər verməyin, yoxsa əlimizdəki adam üçün çox pis olacaq", - İsmayılovla Cabbarov "qurban"larının ailə üzvlərini hədələyiblər.

   Amma özbək iş adamı Fərit Muxametjanovun arvadı telefon zəngindən dərhal sonra milisə üz tutub və baş verənləri danışıb. Onun sözlərinə görə, 600 min rublluq borc iddiası yalandır: "Ərimin o məbləğdə kimsəyə borcu olmayıb. Onu, sadəcə pul almaq üçün tutublar".

   Sankt-Peterburq milisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının operativ əməliyyatı nəticəsində oğurlanmış özbək biznesmen "Kosmonavtlar" prospektindəki 48 saylı binanın 3-cü korpusundakı mənzillərdən birində aşkarlanıb.

   "Onlar məni dar otağa salıb qapını arxadan bağlamışdılar. Yemək əvəzinə tullantı verir, sürəkli döyürdülər. Deyirdilər ki, tələb etdikləri məbləği arvadım tapıb verməsə, məni öldürəcəklər", - Fərit Muxametjanov deyib.

   Adam oğurluğunda suçlanan Elmar İsmayılov və Rauf Cabbarov isə onlara qarşı sürülən bütün ittihamları rədd edərək günahsız olduqlarını söyləyiblər.

   "Ona 600 min rubl vermişdik ki, bizə Ukraynadan şəkər tozu gətirsin. Pulu aldı və getdi. Bir neçə gündən sonra gələrək söylədi ki, mal gömrükdə yanlış sənədləşdirildiyindən şəkər tozu vaqonları Rostova göndərilib. Fəriti də mənzilə aparmağımızda məqsədimiz onu girov saxlamaq yox, pulunu ödədiyimiz şəkər tozunu nə zaman ala biləcəyimizi aydınlaşdırmaqdı", - E.İsmayılov bildirib.

   Soydaşımızın sözlərinə görə, özbək iş adamı fırıldaqçıdır və onların pulunu xərclədiyi üçün aradan çıxmaq istəyib.

   Milis E.İsmayılovun dediklərinə inanmayıb.

   İki şərik adam oğurlamaq və vətəndaşı zorla azadlıqdan məhrum etməkdə suçlanırlar.
Həsən AĞACAN
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws