"İnter"də
növbəti legioner
Yeni mövsümün hazırlıqlarını davam etdirən "İnter" dünən Zabrat qəsəbə stadionunda növbəti sınaq matçını keçirdi. "Simurq"la üz-üzə gələn ölkə çempionu Petar Zlatinovun dublu, Girt Karlsonun bir qolu ilə böyükhesablı qələbə qazandı. Fasiləyədək 3:0 hesablı üstünlüyü təmin edən bakılılar ikinci hissədə nə özü fərqləndi, nə də rəqibə belə imkan yaratdı.
Bu arada "İnter" heyətinə daha bir oyunçu qatıb. Litva çempionu "Ekranas"dan gələn 29 yaşlı Aurimas Kuçus komandada qalıb-qalmayacağı yaxın günlərdə bəlli olacaq.