Romanov məşqə başladı
Yeni mövsümə hazırlaşan "Xəzər-Lənkəran" məşqlərini Lənkəranda davam etdirir. Baş məşqçi Mirça Rednikin rəhbərliyi altında məşq edən cənub klubu dünən hazırlığı adi qaydada davam etdirib. Komandanın axşam məşqinə yeni transfer Denis Romanov da qatılıb. Latviyalı qolkiper ötən gün qapıçılarla işləyən məşqçi Hafiz Əliyevin rəhbərliyi altında məşq edib. Zədəli oyunçular Elvin Beqiri və Kristian Kabral məşqə qatılsa da, fərdi qaydada hazırlıq keçib.