30 Iyul 2010-cı il N 136(3025)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Satqınlıq iddiası (269)
Dünən şeş, bu gün beş?! (261)
Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır (236)
Axundun bazlığı (230)
Məsciddə eşq macərası... (225)
Nostalji (222)
Petrik fenomeni (173)
Ulduzu barışmayacaq partiyalar (161)
Son sözü əvvəldə deyənlər (159)
Kimdir qeyri-ciddi siyasətçi? (155)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Qaranlıq tuneldə işıq axtarışı
"Neftçi" böhrandan çıxa biləcəkmi?

"Neftçi" yeni dönəmə qədəm qoyur" ifadəsi artıq bizlər üçün adiləşib. Çünki son illər bu cümləni yazmaqdan, oxumaqdan, eşitməkdən təngə gəlmişik. İş ondadı ki, "ağ-qaralar" ayaqlarını yerə sağlam basmadıqları üçün qədəmləri uğurlu olmur, heç nə dəyişmir.

   Əsədov "uğur formulu"nu tapmalıdı

   Vlastimil Petrjela, Anatoli Demyanenko, Hans Yürgen Gede, Böyükağa Ağayev, Vaqif Sadıqov - bu şəxslər son 3 ildə "Neftçi"yə rəhbərlik edib, lakin komandanı bataqlıqdan çıxarmaq əvəzinə özləri də çirkaba bulaşıblar. Söhbət onların səriştəsiz olmasından getmir. Əsla belə deyil. Sadəcə, sanki "xalq komandası"nı lənətləyiblər...

   İndi də növbə çatıb komandanın öz yetirməsi olan Arif Əsədova. Gənc çalışdırıcı elə bir ağır yükün altına çiynini qoyub ki, bu ağırlığa tab gətirmək olduqca çətin məsələdi.

   Əsədov özündən qat-qat təcrübəli olan Petrjelanın, Demyanenkonun, Ağayevin, Sadıqovun bacarmadığı işin öhdəsindən gəlməlidi. Amma bunu bacaracaqmı? Bax, bu qəliz məsələdi.

   Son illər məşqçilik sənətində təcrübənin əsas nüans olmadığını göstərən hallarla rastlaşırıq. Xaricdən Pep Qvardiola, ölkəmizdən isə Qurban Qurbanovu buna misal gətirə bilərik. "Barselona"nın çalışdırıcısı əlindəki ulduzlarla Avropada qan-qan deyirsə, "Qarabağ"ın baş məşqçisi yerli futbolçularla çapından böyük iş görür. Ona görə də "təcrübəli Petrjelanın, Demyanenkonun bacarmadığını təcrübəsiz Əsədov da bacarmaz" demək düzgün çıxmaz. Doğrudu, təcrübə böyük amildi, lakin gördüyünüz kimi bunsuz da ötüşənlər var.

   Qurbanovun yerli futbolçulara güvənməsi onun "uğur formulu"du. Bax, Arif bəy də sələflərinin aqibətini yaşamamaq üçün hökmən öz "uğur formulu"nu tapmalıdı. Əks halda "Məşqçilər qəbiristanlığı"na çevrilən "Neftçi" ona da qıymayacaq.

   Yeni transferlər uğurlu

   gələcək vəd etmir

   Əsədovun uğur qazanması birbaşa onun formalaşdıracağı heyətdən asılıdı. Gənc çalışdırıcı "Neftçi"ni ötən günlərinə qaytarmaq bacarığında, potensialında olan futbolçulara güvənməlidi.

   "Neftçi" yay transfer dönəminin fəallarındandı. Heyət demək olar ki, tamamilə yenilənib. Əksər futbolçularını yola salan "Neftçi" onların əvəzinə də bir xeyli oyunçu alıb. Lakin "ağ-qaralar"ın transfer çalışmalarına heç də müsbət rəy vermək fikrində deyilik. Hazırki görüntü uğurlu gələcəkdən xəbər vermir. Transfer çalışmalarının yekunlaşmaq üzrə olduğunu da nəzərə alsaq, "Neftçi"nin son illərdəki aqibəti yaşayacağını, Əsədovun isə komandadan gec-tez ayrılacağını söyləyə bilərik. Çünki görülən işlər problemin həlli üçün yetərli olmayacaq. "Ağ-qaralar" yüksək yerlər uğrunda "İnter", "Bakı", "Qarabağ", "Xəzər-Lənkəran" kimi güclü rəqiblərlə döyüşəcək. Hər kəsin durumu göz qabağındadı və "Neftçi" potensialına görə bu komandalardan bir addım da olsa, geri qalır. Üstəlik, "Qəbələ", "Olimpik-Şüvəlan" kimi kollektivləri "ağ-qaralar"dan zəif adlandırmaq olmaz.

   Adrian Nyaqa, Marian Aliuta, Suat Usta, Taavi Rahn, Valter Quqlemon, Vladimir Voskoboynikov, Vladimir Miçoviç, Valentin Atem, Nazar Bayramov, Valeri Abramidze, Leonard Naydin, Samir Əliyev, Zaur Tağızadə, Emin Cəfərquliyev, Dmitri Kruqlov, Asəf Qədiri, Joze Karlos, Rəşad Hüseynov - bu mövsümün sonunda "Neftçi"dən ayrılan, daha doğrusu, paytaxt təmsilçisinə lazım olmayan futbolçuların siyahısıdı.

   Gəlin, yeni transferlərə diqqət yetirək: Slavko Georgiyevski, Denis Silva, Cavid İmamverdiyev, Orxan Həsənov, Rauf Mehdiyev, Alessandro Viana da Silva, Fərid Quliyev, İqor Mitreski, Ruslan Qurbanov, Bahodir Nasimov, Aleksandr Burduli.

   Sizcə Slavko Georgiyevski - Denis Silva ikilisindən hansı Suat Usta, Taavi Rahn və Valeri Abramidzedən güclü, qat-qat sanballı oyunçudu? Və ya Çempionlar Liqasının III təsnifat mərhələsində "Unirea"nın heyətində "Zenit"ə qarşı forma geyinən Adrian Nyaqa zəif futbolçudu? Belə bir hücumçuya necə "lazımsız" damğası vurmaq olar? Ola bilər ki, yeni transferlərlə lazımsız sayılanlar arasında cüzi səviyyə fərqi olsun. Amma bu cüzi fərq "Neftçi"nin bataqlıqdan çıxarmaq üçün yetərli deyil axı. Suat Ustanı göndərib, onun yerinə Slavko Georgiyevskini gətirməklə nəyisə dəyişmək olarmı? Bu, sadəcə, pulu küləyə sovurmaqdı.

   Yeni oyunçulardan İqor Mitreski ilə Bahodir Nasimovu digərlərindən bir az fərqləndirmək olar. Birincinin yaxşı karyerası, özbək hücumçunun isə əla qol duyumu var. Hər halda, Nasimov iştirak etdiyi bütün yoldaşlıq görüşlərində fərqlənib. Əvəzində bəh-bəhlə transfer olunan Fərid Quliyevdən səs-soraq yoxdu. Sonuncu çempionatın bombardiri hələ ki, "siftə" edə bilməyib.

   Avstriya ilə Türkiyənin fərqi

   "Neftçi"nin mövsümlərarası təlim-məşq toplanışı 3 dönəmi əhatə etdi. Əvvəlcə Avstriyada hazırlıq keçən "ağ-qaralar" orada 3 yoxlama oyunu keçirdi ki, bunlardan yalnız birində İstanbul nəhənglərindən olan "Beşiktaş"la heç-heçə edə bildi (1:1). Rumıniya təmsilçiləri "Otselul" (3:0) və "Kluj" (1:0) isə flaqmandan güclü olduğunu ortaya qoymağı bacardı. Ardından vətənə dönən bakılılar paytaxtdakı hazırlıq dönəmində "Qəbələ" ilə "sülh" bağladıqdan sonra (1:1) Türkiyəyə yola düşdülər.

   Avstriyada oduğu kimi, "ağ-qaralar" qardaş ölkədə də 3 sınaq matçı keçirdi. Paytaxt təmsilçisi ilk yoxlama matçını I liqa təmsilçisi, yığmamızın da formasını geyinmiş Anatoli Ponomaryovun şərəfini qoruduğu "Orduspor"la qarşılaşdı. Təmsilçimiz Rəşad Abdullayevin iki, Bahodir Nasimovala Slavko Georgievskinin hərəyə bir dəfə fərqlənməsi sayəsində rəqibini 4:0 hesabı ilə məğlub etdi. "Neftçi"nin növbəti rəqibi isə "Kardemir Karabükspor" idi və komandamız Nasimovun yeganə qolu ilə minimal hesablı qələbə qazandı.

   Özbək forvard son matçda da öz sözünü dedi. Di gəl ki, onun qolu "Neftçi"ni məğlubiyyətdən qurtarmadı və təmsilçimiz "Qaziantep Böyükşəhər Bələdiyyəspor"a 1:2 hesabı ilə boyun əydi.

   Türkiyə toplanışı göstərdi ki, "Neftçi"də az da olsa, inkişaf var. Hazırlığın əvvəlində Avstriyada qələbəyə həsrət qalan "ağ-qaralar" qardaş ölkədə bu baxımdan korluq çəkmədilər. Ola bilsin ki, rəqiblər arasında səviyyə fərqi var. Lakin istənilən halda, "Neftçi"nin qələbənin dadını görməsi müsbət amildi.

   Rəsmi saytın

   formalaşdırdığı imic

   Yeri gəlmişkən, ölkə mətbuatı son vaxtlar "Neftçi" ilə bağlı xəbər bolluğuna düşüb ki, bu da səbəbsiz deyil. Klubun rəsmi saytı fəal işlədiyindən mütəmadi məlumat ala, heyət üzvlərinin açıqlama və müsahibələri ilə tanış ola bilirik. Əslində bu, belə də olmalıdı. Doğrudu, bu bir növ reklama xidmət edir və artıq "Neftçi" saytının fəallığının bəhrəsini görməkdədi. Saytın əməkdaşları son illər peşəkarlıqdan uzaq düşən "Neftçi" üçün işgüzar imic formalaşdırmağı bacarıblar. Lakin istənilən halda, ən böyük reklam sərgilənən futbol və qazanılan nəticədi. "Neftçi" növbəti mövsümdə də adına yaraşmayacaq tərzdə çıxış etsə, saytın əməkdaşları komandanın səhərdən axşamadək tərifləsələr də, xeyri olmayacaq.

   

   
ŞAMO
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
27282930
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws