AZAL qələbəylə dönür
Türkiyənin Qızılcahamam bölgəsində təlim-məşq toplanışı keçirən AZAL növbəti yoxlama oyununu keçirib. "Təyyarəçilər"in rəqibi Bank Asiya liqasında çıxış edən "Kayseri Erciyesspor" klubu olub.
"Patalya" otelinin stadionunda keçirilən qarşılaşmada Nazim Süleymanovun yetirmələri rəqibi 3:2 hesabı ilə məğlub edib. AZAL-ın qollarına komandanın yeni transferləri Zohair Benoauhi (2) və Qvidas Yuşka imza atıb. Oyunu isə FİFA referisi Fariz Yusifov idarə edib.
Beləliklə, Türkiyədəki hazırlıq mərhələsini başa vuran AZAL bu gün vətənə dönəcək və 1 gün istirahətin ardından məşqləri bərpa edəcək.