"MKT-Araz" son rəqibdi
Yeni mövsümün hazırlığını Qəbələdə həyata keçirən "Qəbələ" bu gün ikitərəfli oyunda gücünü sınayacaq. Əyalət təmsilçisinin növbəti sparrinq-rəqibi isə birinci divizionda mübarizə aparan "MKT-Araz" olacaq. Klubdan verilən məlumata görə, oyun iyulun 31-də və ya avqustun 1-də Qəbələdə baş tutacaq. Bu, "Qəbələ"nin mövsümə hazırlıq müddətində keçirəcəyi sonuncu yoxlama oyunu olacaq.