"Bakı" daha iki
oyunçusu ilə vidalaşdı
"Bakı" daha iki legioneri ilə yollarını ayırıb. Paytaxt klubu braziliyalı yarımmüdafiəçi Venyo Moraes Pio və nigeriyalı hücumçu Əhməd Ticani ilə rəsmən vidalaşıb.
Əslində, "Bakı" Venyo ilə uzun müddət idi ki, ayrılmaq istəyirdi. Komandanın hazırlıqlarına və toplanışına qatılmayan braziliyalı bir müddət əvvəl Bakıya dönərək, komandada qalmaq istədiyini bildirmişdi. Lakin klub rəhbərliyi onunla əməkdaşlıqda maraqlı olmayıb və müqaviləsini qarşılıqlı razılaşma şərti ilə pozub.
Ticani isə zədə səbəbindən son dövrlər komandanın hazırlıqlarına qatıla bilmirdi. İntizamsızlığı ilə seçilən nigeriyalı oyunçunun adı Avroliqanın iştirak ərizəsinə də daxil edilməmişdi. Ticaninin hazırda AZAL-la danışıqlar apardığı deyilir.