Primera Asiyaya "ayaq açır"
İspaniya primerasının rəhbərliyi ölkə çempionatını Cənub-Şərqi Asiya ölkələrində daha da populyarlaşdırmaq fikrindədi. Həmin region dünyanın ən böyük futbol bazarlarından biri sayılır. Primeranın icraçı direktoru Fransisko Roka Peresin dediyinə görə, Asiyada ispan klublarının iştirakı ilə mövsümqabağı turnir planlaşdırılıb. Onun sözlərinə görə bundan başqa, asiyalı teletamaşaçıların rahatlığı üçün primerada bəzi matçların vaxtı dəyişdiriləcək: "Məqsədimiz Cənub-Şərqi Asiya regionunda ən populyar liqa olmaqdı. Buna görə də yeni mövsümdə bəzi matçlarımız daha tez başlanacaq. Asiyada peşəkar futbol liqasının beynəlxalq kubokunun keçirilməsi isə bizə ispan futbolunun həzzini yerli azarkeşlərlə bölüşməyə imkan verəcək".