Torresin əvəzinə
Forlan
"Mançester Siti" uruqvaylı qoleador, DÇ-2010-un ən yaxşı futbolçusu seçilmiş Dieqo Forlanı transfer edə bilər. Bununla bağlı olaraq sabah Madridin "Atletiko"su ilə danışıqlar başlayacaq. Amma yalnız o zaman ki, "şəhərlilər" çoxdan bəri reallaşdırmağa çalışdıqları məqsədi - "Liverpul"dan Fernando Torresin trasnferini həyata keçirə bilməsinlər. "Liverpul" Torresi "Atletiko"dan almışdı.