"Fənər" Quizaya müştəri tapıb
"Fənərbaxça" xeyli vaxtdan bəri problemə dönmüş ispan oyunçu Daniel Quiza ilə yollarını ayırmağı düşünür. "Xetafe"nin baş məşqçisi Toni Munosun dediyinə görə, Quizanı transfer etmək istəyirlər və bununla bağlı "Fənərbaxça" ilə danışıqlara başlayıblar: "Quiza "Xetafe"də oynamaq istədiyini deyib. Lakin müəyyən problemlər var. Belə ki, Quizanın "Fənərbaxça"da aldığı maaş çox yüksəkdi. Üstəlik, türklər ona baha qiymət qoyublar. Danieli heyətimizdə görmək istəyirik. Əgər "Fənərbaxça" tələblərini bir qədər yüngülləşdirərsə, Danieli transfer edəcəyik".