"Gəncə" bu dəfə
heç-heçə etdi
Yeni mövsümə Gürcüstanda hazırlaşan "Gəncə" son yoxlama oyununu keçirib. Komandamızın rəqibi Kutaisi "Torpedo"su olub. 90 dəqiqə ərzində komandalar dəfələrlə qola yaxın olsa da, hesab açılmayıb - 0:0. Matç bitdikdən sonra təmsilçimiz vətənə dönüb.
Qeyd edək ki, "Gəncə" bundan əvvəl Gürcüstanda iki yoxlama oyunu keçirmişdi. "Kaxetti"yə 0:1 hesabı ilə yenilən komandamız "Zuqdidi" üzərində eyni hesablı qələbəyə sevinmişdi.