"Lokomotiv"də
daha bir amerikalı
"Lokomotiv" qadın voleybol klubu heyətini gücləndirməkdə davam edir. Baş məşqçi Aleksandr Çervyakovun çalışdırdığı "Loko" Nikol Devis və Tayiba Hanif-Park kimi tanınmış voleybolçulardan sonra heyətinə daha bir oyunçunu qatıb. Bu ötən mövsümü Rusiyanın "Omiçka" klubunda başa vurmuş 25 yaşlı amerikalı Kristin Riçardsdı. Riçards 2008 və 2009-cu illərdə ABŞ yığmasının heyətində Dünya Qran-prisində çıxış edib. İndi isə anlaşmaya görə bir il "Loko"nun heyətində oynayacaq.