"Araz"ın təqvimi
müəyyənləşib
Ölkəmizi futzal üzrə keçiriləcək UEFA Kubokunun elit mərhələsində təmsil edəcək "Araz" klubunun yer aldığı C qrupundakı oyunların təqvimi müəyyənləşib. Altıqat ölkə çempionu olan Naxçıvan komandası ilk matçını Litvanın "Nikars" klubuna qarşı keçirəcək. Növbəti oyunda isə "Araz" Rumıniya təmsilçisi "City US Tarqu Mureş"lə qarşılaşacaq. Çempionumuzun üçüncü rəqibi isə bəlli turnirin ilkin təsnifat mərhələsinin A qrupunda cəmləşən "Sportinq" (İrlandiya), "Nautara" (Litva) və "Kaxsi" (Ermənistan) klublarından biri ola bilər.