GÜLƏŞ
Sabah Polşada kişilər arasında yunan-Roma güləşi üzrə ənənəvi "Pitlasinki" beynəlxaq turnirinə start veriləcək. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ölkəmiz bu yarışda məşqçilər Nurəddin Rəcəbov və Vüqar Aslanovun rəhbərliyi altında 5 güləşçi ilə təmsil olunacaq. Beşlikdə yer alan pəhləvanlarımızdan Orxan Əhmədovla Elçin Əliyev 55 kq-da, Elvin Mürsəliyev 74 kq-da, Elməddin Abdullayev 84 kq-da, Səbuhi Hümbətov isə 96 kq-da mübarizə aparacaq. İlk gün çəkisi 55, 66, 84 və 120 kq, son gündə isə 60, 74 və 96 kq çəki dərəcəsində olan pəhləvanlar qurşaq tutacaqlar. Yunan-Roma üzrə yığma komandamızın qalan üzvləri isə baş məşqçi Fərid Mansurovun rəhbərliyi altında hazırda Qusardakı Olimpiya İdman Kompleksində qarşıdakı dünya çempionatına hazırlıq prosesini davam etdirirlər.