ŞAHMAT
Çexiyanın Pardubitsa şəhərində şahmat üzrə keçirilən və azərbaycanlı qrossmeysterlər Eltac Səfərli və Anar Allahverdiyevin də iştirak etdiyi beynəlxalq turnirdə 6-cı tura yekun vurulub. Hesabat turu Azərbaycan çempionu Eltac üçün uğurlu olsa da, digər təmsilçimiz üçün uğursuz olub. Belə ki, Səfərlinin alman Yuliana Qeskeni məğlub etdiyi turda Allahverdiyev israilli Tamir Nabitiyə məğlub olub. 6 turdan sonra şahmatçılarımızın hər birinin hesabında 4 xal var.
***
Yunanıstanda 242 qadın şahmatçının iştirakı ilə keçirilən beynəlxalq turnir başa çatmaq üzrədi. Yarışda 8-ci turun oyunları keçirilib. Həmin mərhələ Zeynəb və Türkan Məmmədyarova bacıları üçün uğurlu keçib. Onlar yerli şahmatçılar üzərində növbəti qələbələrini qazanmaqla xallarının sayını 5,5-ə çatdırıblar. Liderdən cəmi 0,5 xal geri qalan bacılardan Zeynəb Konstantinos Asimakopulosu, Türkan isə Nikolas Ornitopolusu məğlub edib.
İNTİQAM