
Hollandiya yığmasının baş məşqçisi Bert van Marveyk Ukrayna ilə yoldaşlıq matçına DÇ-2010-un yalnız bir iştirakçısını çağırıb. O da mundialda "narıncılar"ın ehtiyat qapıçısı olan və meydanda bir dəqiqə də oynamayan qapıçı Mixel Vormdu. Ukrayna - Hollandiya matçı avqustun 11-də Donetsk şəhərində keçiriləcək. Marveykin mundial iştirakçılarını matçla bağlı heyətə çağırmamasının səbəbi onun futbolçulara istirahət vermək qərarı ilə bağlıdı. DÇ-2010-un finalına çıxan hollandlar son matçın əlavə vaxtında İspaniya millisinə 0:1 hesabla uduzaraq çempionluq şansını əldən veriblər. Ukrayna ilə matça Bert van Marveyk 18 futbolçu çağırıb. Onların tam əksəriyyəti erediviziyada oynayır. Yalnız müdafiəçi Ceffri Brum "Çelsi"də, yarımmüdafiəçi David Mendes da Silva isə "Zalsburq"da çıxış edir.