Fabreqas
Vengeri
dilə tutacaq
"Arsenal"ın yarımmüdafiəçisi Fransesk Fabreqas "Barselona"ya keçmək istəyir. Bunun üçün o, "topçular"ın baş məşqçisi Arsen Vengerlə Londonda görüşəcək. İspan futbolçunun ona doğma olan kluba qayıtmaq istədiyi vurğulanır. Katalonlar da havbeki heyətlərində görmək niyyətindədi. Di gəl, "Arsenal" rəhbərliyi və xüsusilə də baş məşqçi Arsen Venger komandanın kapitanını satmaq istəmirlər. "Barselona"nın Fabreqas üçün təklif etdiyi böyük məbləğ də "Arsenal"ı fikrindən daşındırmır.