Ançelottinin
Ramires israrı
"Çelsi"nin baş məşqçisi Karlo Ançelotti "Benfika"dan yarımmüdafiəçi Ramiresi transfer edə biləcəklərinə ümid edir. "Zadəganlar" braziliyalı futbolçunu satın ala bilsələr, alman Mixael Ballakın "Bayer"ə yollanmasından sonra meydanın mərkəzində yaranmış problemi aradan qaldıracaqlar. İtalyan çalışdırıcı Ramiresin İngiltərə premyer-liqasında yeni mövsümün başlanmasına qədər transfer ediləcəyini gözləyir.