"Saraqosa"
lidersiz qalıb
"Saraqosa"nın forvardı Uçe İkeçukvu sol dizindən ağır zədə alıb. Həkimlərin dediklərinə görə, futbolçu ən azı iki ay meydanlardan kənar qalacaq. "Saraqosa"nın aparıcı oyunçusu, 26 yaşlı hücumçu son vaxtlar zədələrdən qurtula bilmir. 2009-cu ilin sentyabrında o, sol dizindən zədələnərək 8 ay müalicə olunmuşdu. Bundan dolayı nigeriyalı Uçe ölkə yığmasındakı yerini itirmiş və Nigeriya millisinin heyətində DÇ-2010-a getməmişdi.