Qameyronun
bəxti gətirmədi
"Loryan"ın forvardı Kevin Qameyro topuğundan zədələnib. Onun müalicəsinin ən azı üç həftə davam edəcəyi gözlənilir. 23 yaşlı Qameyro ötən mövsüm Fransanın Liqa-I-nin ən yaxşı bombardiri adı uğrunda mübarizədə 17 qolla yalnız Marsel "Olimpik"inin hücumçusu, 18 qol vurmuş Mamadu Nyanqdan geri qalıb. Qameyro çox əlverişsiz anda zədələnib. Fransa Futbol Federasiyası və yığmanın yeni baş məşqçisi Loran Blan DÇ-2010-a qatılmış bütün futbolçuları ən yaxın matçdan kənarlaşdırmaq qərarına gəlib. Həmin matç avqustun 11-də Norveç yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunudu. Qameyro zədəli olmasaydı çox yəqin ki, yığmaya çağırılaraq əsas heyətdə yer alardı.