"Barsa" Sennanı
"ov"lamaq istəyir
"Barselona"nın baş məşqçisi Xosep Qvardiola heyəti "Vilyarreal"ın dayaq havbeki Markus Senna ilə gücləndirmək fikrindədi. Braziliyada doğulan, amma sonradan İspaniya pasportu alan 34 yaşlı futbolçu AÇ-2008-də ispan millisinin ən önəmli oyunçularından biri olmuşdu. Lakin "Qırmızı furiya"nın baş məşqçisi Luis Araqones vəzifəsini tərk edəndən sonra Senna da əsas heyətdən kənarlaşdırıldı və onun mövqeyində "Barselona"nın yetirməsi Serxio Buskets oynamağa başladı. Buna görə də Senna Cənubi Afrikadakı DÇ-2010-a getməmişdi.