"Aston Villa"
Yanqla vidalaşacaq
"Liverpul" "Aston Villa"dan müdafiəçi Lyuk Yanqı almağa hazırlaşır. "Mersisaydlılar" İngiltərə yığmasının oyunçusu üçün 2,75 milyon funt-sterlinq verməyə hazırdı. "Liverpul"un yeni baş məşqçisi Roy Hocson hələ "Fulhem"i çalışdıranda Yanqı transfer etmək istəmişdi. "Liverpul" və "Aston Villa" arasında danışıqlar başlanıb. İlkin məlumatlara görə, "Villa" təklifi qəbul edib.