Qrafite heç
yeri arzulamır
"Volfsburq"un forvardı Qrafitenin günü pis keçmir. O, komandanı tərk etmək istəmir. "Düşünürəm ki, "Volfsburq"da qalacağam. Klubla müqaviləmin başa çatmasına hələ xeyli var və burada olmaqdan xoşum gəlir. Baş məşqçi Stiv Maklarenlə hələ danışmamışam. Amma komandadakı durumum barədə onun nə düşündüyü mənimçün çorx önəmlidi", - Qrafite söyləyib. 31 yaşlı futbolçunun "Rubin"ə keçəcəyi deyilirdi. Ötən mövsüm bundesliqada 30 matçda meydana çıxan braziliyalı oyunçu 11 qol vurub.