Raul sarğını
Kasilyasa tapşırdı
"Real"dan srağagün ayrılan Raul Qonsales karyerasını Almaniyada davam etdirəcək. "Şalke-04" klubunun rəsmi saytı "kral klubu"nun keçmiş kapitanı ilə 2 illik müqavilə imzalandığını bəyan edib. "Bu, çox əla transferdi. Raul "Şalke"ni gücləndirəcək və lazımi nəticələrin əldə olunmasına kömək edəcək. Böyük futbolçu ilə işə başlayacağım günü səbirsizliklə gözləyirəm", - "Şalke-04"ün baş məşqçisi Feliks Maqat bildirib.
Bu arada "Real"ın yeni mövsümdəki kapitanının adına aydınlıq gəlib. Bu şərəfə layiq görülən oyunçu qapıçı İker Kasilyasdı. Kasilyas "Real"ın tarixi ərzində kapitan sarğısını daşıyacaq sayca 5-ci qapıçı olacaq. Kasilyasdan əvvəl "Real"ın kapitanı Raul Qonsales idi. Raul klubdan ayrıldıqdan sonra nəhayət ki, kapitan sarğısı ilə bağlı problem də öz həllini tapıb.