30 Iyul 2010-cı il N 136(3025)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9008)
Dieqo Rivera - romantik kommunist (8771)
Cankorelin dialoq arzusu (6222)
Özünü kölgəyə verən müxalifət (5596)
Dədəli-nənəli qələbə (5547)
İP-in "peyğəmbər"i (5498)
Əzrayılın bala paylamaqlığı (5475)
Kölgənin kölgəsi (5437)
Seçki kəşfləri (5406)
Manıslarımız kimə arxalanırlar? (5372)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
"Çekistlər" yenə "dəb"ə mindi
Kreml FSB-nin səlahiyyətlərini genişləndirdi

Rusiya prezidenti Dmitri Medvedev iyulun 29-da Federal Təhlükəsizlik Xidmətinin (FTX/FSB- Federalnaya Slujba Bezopasnosti) daha geniş səlahiyyətlər verən yeni qanun imzalayıb.

   İyulun 19-da parlamentdə üçüncü oxunuşdan keçən mübahisəli layihə FSB-yə cinayət tərkibi yaradan şəxslərə qarşı tədbirlər görmək, şübhələndiyi şəxsləri idarəyə çağırmaq, hətta mətbuatda xəbərdarlıqlarını nəşr etmək səlahiyyətləri verir.

   "Azadlıq" radiosu xəbər verir ki, qanunun yekun layihəsinin tənqidçiləri isə çoxdur. Rəsmi Kreml bəyan edir ki, sənəd ekstremizmlə mübarizəyə və insanlara bəzən bilmədiyi qanuna zidd hərəkətlərdən çəkinməyə yardım edəcək. Məsələn, icazəsiz etiraz aksiyaları və nümayişlərdə iştirak kimi. Çünki FSB-yə insanların evlərini tərk etməyə qoymamaq səlahiyyəti də verilib.

   Hüquq müdafiəçiləri hesab edirlər ki, yenilənmiş qanun "KQB"nin varisi olan FSB-ni qanundan yuxarıda qoyacaq və nüfuzunu artırmaqla jurnalistləri, siyasi opponentləri qorxutmaq üçün istifadə ediləcək - lap Sovet idarəçiliyində olduğu kimi.

   Bununla belə, qanunun mahiyyətini və təsirini anlayanlar çox azdır. "Levada" müstəqil araşdırma mərkəzinin keçirdiyi sorğuya görə, ölkə boyunca əhalinin 67 faizi qanun layihəsi barədə heç eşitməyib. Yalnız 3 faiz müzakirələri "yaxından izlədiyini" bildirib.

   Mərkəzin rəhbəri Lev Qudkov deyir ki, rusların FSB-yə əlavə səlahiyyətlər verilməsi ilə bağlı fikri haçalanır. Bir qrup səlahiyyətlərin artırılmasını tənqid etsə də, digərləri bunun dövlət maraqlarına xidmət etdiyini düşünür: "Bu cür müsbət fikirlər əsasən təhsilsiz, informasiya qıtlığı olan kəndlərdə və ya kiçik şəhərlərdə, dövlət təbliğatından - yəni televiziyadan asılı olan insanlara xasdır. KQB və FSB barədə mənfi fikirlər isə daha təhsilli və yetkin şəxslər tərəfindən səslənir. Bu, onlarda kütləvi repressiyalar, terror, dissidentlərin və opponentlərin təqibi ilə assosiasiya olunur".

   Vladimir Putinin hakimiyyətə gəldiyi 2000-ci il Federal Təhlükəsizlik Xidmətinin də nüfuz qazandığı dövrlər olub. FSB son illər özünü insanları terror və islamçı ekstremistlərdən qoruyan müdafiə sistemi kimi qələmə verib, ancaq çoxlarını inandıra bilməyib.

   Buna baxmayaraq, Pskov şəhərində sakinlərin təhlükəsizlik agentliyi ilə bağlı fikirləri birmənalı deyil:

   - Mən olanları böyük təlaşla izləyirəm, çünki Rusiyanın "çekist" qarmağında olduğu fikri ilə razıyam. Bu, iyrəncdir. Biz bunları 70-80-ci illərdə keçmişik. Həmin vaxt bütün vətəndaş cəmiyyəti "KQB"nin təsiri altında idi. Bu gün həmin yoldayıq.

   - Təhlükəsizlik orqanları ilə işim olmayıb, ancaq hesab edirəm ki, onlar yaxşı işləyir. Televiziyalar daim xəbər verir ki, terror hücumlarının qarşısı alınıb, ya da sərhəddə şübhəli şəxsləri saxlayıblar. Biz sakit yaşayırıq.

   - Qərb dövlətlərinin mümkün hədələrindən və ya casus cəhdlərindən xəbərimiz olmadan kifayət qədər təhlükəsiz yaşayırıq. Buna görə güman ki, təhlükəsizlik orqanlarına borcluyuq.
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws