Qərb-İran danışıqları
davam edəcək
ABŞ Avropa Birliyinin İranla danışıqları bərpa etmək çağırışını dəstəkləyib.
Dövlət Departamentinin nümayəndəsi Filip Krouli bildirib ki, Vaşinqton İranla 6 aparıcı (BMT TŞ-nin 5 daimi üzvü + Almaniya) dünya ölkəsi arasında dialoqun davam etdirilməsinə hazırdır.
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Ketrin Eşton daha əvvəl İranın nüvə proqramıyla bağlı danışıqları bərpa eləməyə çağırmışdı.