Hədəfdə
qadın alt paltarlarıdır...

İsrailin blokadası şəra-itində yaşayan, "HƏMAS" hərəkatının nəzarətində olan Qəzza zolağında yeni qadağa tətbiq olunub. Türkiyənin "NTV" telekanalının yaydığı xəbərdə deyilir ki, qadınlara şirə içməyə, motosikletdən istifadə etməyə və gecə yarısından sonra küçəyə çıxmağa qadağa qoyan "HƏMAS" indi də qadın alt paltarları və geyimlərini satan mağazalara məhdudiyyətlər tətbiq edib. Polis vitrinlərdə qadınların alt paltarlarının, o cümlədən pijamaların nümayiş etdirilməsini, mağazalarda geyinmə-soyunma otaqlarından istifadə edilməsinə, vitrinlərdə rəngli şüşədən istifadə edilməsinə qadağa qoyub.
Qəzza polisinin mətbuat xidmətinin rəhbəri Ayman El-Batnici deyib ki, yeni məhdudiyyətlərdə məqsəd ədəb və əxlaqı qorumaqdır.