Xristianlar
"Quran"ı yandırmağa
hazırlaşır
ABŞ-ın Florida ştatında fə-aliyyət göstərən Müstəqil Xristian Cəmiyyəti müsəlmanlar tərəfindən ciddi narazıçılığa səbəb olacaq addım atmağa hazırlaşır. Yerli mətbuatın yazdığına görə, sentyabrın 11-də cəmiyyət üzvləri müsəlmanların müqəddəs kitabı olan "Quran"ı yandırmağı planlaşdırır. Digərlərini də bunu təkrarlamağa çağıran cəmiyyət üzvləri guya bununla Nyu-Yorkda sentyabrın 11-də törədilmiş terror aktına görə "qisas alacaqlar". Onlar həmin günün "beynəlxalq "Quran" yandırılması günü" elan edilməsini də istəyirlər.
"İnterfaks-Reliqiya" agentliyinin məlumatına görə, cəmiyyət bu plan haqda ötən həftə "Facebook" sosial şəbəkəsində elan verib və bundan sonra onlara yandırmaq üçün "Quran" kitabları göndərilməsinə başlanılıb.
AYXAN