30 Iyul 2010-cı il N 136(3025)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9009)
Dieqo Rivera - romantik kommunist (8772)
Cankorelin dialoq arzusu (6223)
Özünü kölgəyə verən müxalifət (5596)
Dədəli-nənəli qələbə (5547)
İP-in "peyğəmbər"i (5498)
Əzrayılın bala paylamaqlığı (5476)
Kölgənin kölgəsi (5437)
Seçki kəşfləri (5406)
Manıslarımız kimə arxalanırlar? (5372)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Bəs bizim blok hanı?!

Blok yaradan partiyalar bir-birinin ardınca saziş imzalayırlar. Demək olar ki, artıq bu düşərgədəki bütün seçki blokları seçkiyə tam hazırdırlar, bircə AXCP-Müsavat blokundan savayı. Bu bloku yaradacaq partiyalar hələ bir-birindən güzəşt gözləyirlər...

   "Qarabağ" seçki blokundan sonra "Demokratiya" və "İnsan naminə" blokları da rəsmiləşdilər. Artıq bu blokların namizədləri bəllidir, bir-birinə edəcəkləri güzəşti ediblər, bircə qalır qol çırmayıb işə girişmək. Anlaşma şəraitində yaranan blok belə olar. Hətta bu blokların bəzilərinin başbilənləri imzaladıqları sazişdə rəhbərlik etdikləri partiyaların seçkidən sonra da əməkdaşlıq edəcəklərini bildiriblər. Yoxsa ki, AXCP ilə Müsavat kimi, biri o birinə güzəşti də güzəştlə edir.

   Bu partiyaların bölə bilmədikləri dairələrin əksəriyyəti Müsavatdan olan deputatların təmsil olunduqları dairələrdir. Blokun yaranması üçün güzəştləri vacib sayan AXCP çox götür-qoydan sonra müsavatçı deputatların dairələrindən namizəd verməməyin mümkünlüyü haqda qərar verib. Amma... Dairə davasının da belə "əmma"ları olmaya.

   AXCP Müsavatdan olan deputatların dairələrinə o vaxt güzəştə gedə bilər ki, Müsavat da həmin dairələrdən geri çəkilmiş cəbhəçilərə başqa dairələri güzəştə getsin. Səslənən bu təkliflər AXCP və Müsavat rəhbərlərinin bugünkü görüşündə müzakirə olunacaq, razılaşdırılmış 80 dairənin sayı arta da bilər, yerində saya da. Hətta bu gün Əli Kərimliylə İsa Qəmbərin sonuncu görüşü də ola bilər. Yəni dairələr razılaşsa, bircə qalacaq partiyaların saziş imzalanması. Şər deməsən, xeyir eşitməzsən, olmadı elə-oldu belə, partiya sədrləri razılıq əldə edə bilməsələr, onda onlar bir-birinə "sənin namizədlərin səndə, mənim namizədlərim məndə" deyib, seçkiyə ayrı-ayrılıqda gedəcəklər. Artıq Müsavatdan AXCP-yə bununla bağlı mesajlar da verilir. Belə ki, bu partiya AXCP-nin qarşısına üç şərtlə çıxacaq. AXCP blokun baş tutması üçün üç dairədə - hansı ki, ordan Divan üzvləri Qubad İbadoğlu, Adil Qeybulla və başqan müavini Mehman Cavadoğlunun namizədlikləri irəli sürülüb - güzəştə getməlidir. Əgər AXCP bu şərti qəbul etsə, blok alınacaq, yox, Müsavatın dediyi şəxslər vahid namizəd olmasa, onda "əlvida" indiyədək çəkilən əziyyət. Deyilənlərə görə, Müsavatın seçkiyə tək getməsinə dair sənədləri artıq hazırdır və bir himə bənddir ki, dərhal MSK-ya göndərilsin.

   Doğrudan çətin məsələdir. Aylarla müzakirələr apar, namizədlərini müəyyənləşdir, axırda da bir neçə dairəyə görə əməkdaşlıq pozulsun. AXCP ilə Müsavatın rəhbərləri bunu istəməzlər yəqin ki. İşdi müttəfiqlik pozulsa, onda blok yaradan o biri partiyalara baxıb cəbhəçilərlə müsavatçılar oxuyacaqlar:

   Əzizim balabanı,

   Asta çal, balabanı.

   Hamı blok yaratdı

   Bəs bizim blok hanı?!...
Qalib İBRAHİMOĞLU
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws