30 Iyul 2010-cı il N 136(3025)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9046)
Dieqo Rivera - romantik kommunist (8810)
Cankorelin dialoq arzusu (6255)
Özünü kölgəyə verən müxalifət (5615)
Dədəli-nənəli qələbə (5570)
İP-in "peyğəmbər"i (5515)
Əzrayılın bala paylamaqlığı (5491)
Kölgənin kölgəsi (5463)
Seçki kəşfləri (5409)
Manıslarımız kimə arxalanırlar? (5389)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Əməkdaşlığa davam

Axır ki, AXCP və Müsavat blok yaratmaq barədə razılığa gələ bildilər. Yaxşı ki, hər iki tərəfdə yumşalma oldu. Əgər bu iki partiya razılıq əldə edə bilməsəydilər, iqtidarı demirəm, elə müxalifət düşərgəsində bir hoydu-hoyduya götürüləcəkdilər ki, gəl görəsən...

   Çoxları AXCP sədri Əli Kərimliylə Müsavat başqanı İsa Qəmbərin dünənki görüşünün sonuncu olacağını güman edirdi. Zarafat deyil, hər iki partiyadan eyni dairəyə iddialıların olması və onların heç birinin də geri çəkilməməsi sədrləri də pis vəziyyətdə qoymuşdu. Hətta iş o yerə çatmışdı ki, partiyalar hər ehtimala qarşı ayrılıqda namizədlərini də müəyyənləşdirmişdilər ki, blokla bağlı razılıq əldə olunmayan kimi hər kəs öz siyahısı ilə seçkiyə getsin. Amma hər iki partiya bu vəziyyətdən çıxa bildi və bəzilərinin gözlədiyi kimi əməkdaşlığa "tamam" yox, "davam" dedilər. Yəni, artıq bu gün AXCP ilə Müsavat seçki blokunu elan etməyə tam hazırdır. Qalır bircə blokun adı, onu da püşkatma yoluyla həll edəcəklər, blok ya "AXCP-Müsavat bloku" olacaq, ya da "Müsavat-AXCP bloku".

   AXCP ilə Müsavat "bir dairəyə iki namizəd" problemini adlaya bildi. DUİ-dəsə bu məsələ hələ çözülməmiş qalır və belə getsə, xəmir çox su aparacaq. 18 saylı Nərimanov-Nizami seçki dairəsindən DUİ-nin namizədi Azadlıq Partiyasının sədri Əhməd Oruc olsa da, KXCP təmsilçisi Fikrət Cəfərov da özünü bu dairədə şanslı sayır. Elə buna görə də təmsil olunduğu qurumun qərarını qulaqardına vurub, geri çəkilmək istəmir. Deyir ki, adı KXCP-nin siyahısında məhz bu dairədən yazılıb və partiyasının da başqasını yox, elə onu dəstəkləyəcəyinə inanır. Digər tərəfdən, F.Cəfərov ha fikirləşir, ha götür-qoy edir ki, Ə.Orucun hansı xidmətlərinə görə ona güzəştə getməlidir, tapa bilmir.

   Hər seçkidə hansısa partiyadan qopmalar olmasa, mümkün deyil. Bu seçkidə də belə hallar gözlənilir və artıq F.Cəfərov partiya rəhbərliyinə bununla bağlı mesajını verib: "Partiya Ali Məclisi mənim mövqeyim dəstəklənməsə, partiyada parçalanma yaranacaq". Nədən ki, KXCP-də Cəfərovun tərəfdarları çoxdur və onlar da Orucun bu dairədən namizədliyinin dəstəklənməsini istəmirlər.

   Amma partiya rəhbərliyi F.Cəfərovun dediyini demir. Belə ki, KXCP sədri Mirmahmud Mirəlioğlu DUİ-nin 18-ci dairədən namizədinin Əhməd Oruc olduğunu deyərək, onu da müdafiə edəcəklərini bəyan edib. Yəni, kiminsə partiyada parçalanma olacağı barədə hədələri KXCP rəhbərliyini verdiyi qərardan, ən əsası sözdən daşındıra bilməz. Ona görə də Mirəlioğlu Cəfərovu partiya, obyektivlik və demokratiya naminə ümumi işin xeyrinə olacaq qərarı dəstəkləməyə çağırır. F.Cəfərov rəhbərliyin bu çağırışına müsbət cavab verəcəkmi? Hər halda, qərarlar bu gün veriləcək.

   Belə, seçki hələ çoxlarını sınağa çəkəcək...

   
Qalib İBRAHİMOĞLU
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws