30 Iyul 2010-cı il N 136(3025)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9009)
Dieqo Rivera - romantik kommunist (8772)
Cankorelin dialoq arzusu (6223)
Özünü kölgəyə verən müxalifət (5596)
Dədəli-nənəli qələbə (5547)
İP-in "peyğəmbər"i (5498)
Əzrayılın bala paylamaqlığı (5476)
Kölgənin kölgəsi (5437)
Seçki kəşfləri (5406)
Manıslarımız kimə arxalanırlar? (5372)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Tiflis nostaljisi

Homer Ellada, Dante İtaliya, Servantes İspaniya, Şekspir İngiltərə, Mövlana Türkiyə, Konfutsi Çin, Nizami bizim üçün kimdirsə, Şota Rustaveli də Gürcüstan və gürcülər üçün odur, bənzəri olmayan mühüm dəyərdir.

   Gözümü açandan evimizdə atamın kitabları arasında "Pələng dərisi geymiş pəhləvan" eposunun da yer aldığını görmüşəm. Saatlarla bu kitabı vərəqləyərdim, şəkillərinə baxardım. Çox sonralar rəhmətlik anam bu kitabı mənə oxudu. Uzun qış gecələrində anamın dizinin dibini kəsdirərdim, o da mənə kitab oxuyardı. "Pələng dərisi geymiş pəhləvan"ı, "Kəlilə və Dimnə"ni, Ordubadinin "Qılınc və qələmi"ni və indi xatırlamadığım bir sıra məşhur kitabları ilk dəfə anamın dilindən dinləmişəm. Sonralar özüm oxumağa başladım: Hüqonun "Səfillər"i, Defonun "Robinzon"u, Dümanın "Üç muşketyor"u və əlbəttə ki, "Azərbaycan nağılları"nı.

   Şükürlər olsun ki, Allahım mənə rəsi çəkmək qabiliyyəti bəxş edib. Anamın mənə oxuduğu kitablarda gördüyüm şəkillərin üzünü köçürərdim. Mənim ilk ədəbiyyat və rəsm müəllimim anam olub.

   Rəssam Kobuladzenin eposa çəkdiyi illüstrasiyaları həvəslə köçürərdim və uşaq sadəlövhlüyü ilə dünyada bundan gözəl bir peşə olmadığına ürəkdən inanardım.

   Bir neçə gün öncə dostumuz Murtuz Məmmədli Tiflisdən telefon açanda, nədənsə o əlçatmaz, ünyetməz məmləkətə, uşaqlıq adlı dünyaya səyahət elədim. Dostum israrla məni Tiflisə çağırırdı. Mən ona söz verdim, amma sözümü tuta bilmədim. İndi bu yazını ona ithaf eləməkdən savayı əlimdən başqa bir iş gəlməyəcəyini düşünürəm.

   Köhnə Tiflisdəyik ("Old Tbilisi" kafesi) - batano David Uqilava, Nəriman Həsənoğlu və bəndəniz. Nəriman köhnə tiflislidi, Tbilisi Dövlət Universitetini bitirib, gürcü dilində gürcü kimi, Tiflis ləhcəsində danışır. Batano David eynəyini çıxarıb şüşəsini silir və yenidən gözünə taxır. Ucaboy, pəhləvan cüssəli David Bakıda gürcü mədəniyyət mərkəzinin meneceridir. O, peşəkar musiqisi, bəstəkardır.

   Divardan Pirosmaninin "Üç knyazın qonaqlığı" tablosunun surəti asılıb. Üç knyaz bizə baxıb gülümsəyir. Knyazlar çaxır içirlər, biz qəhvə içirik.

   - Gürcü əlifbasının hər hərfi ayrıca bir simvoldur, - deyir batano David. Çin əlifbasında heroqliflər bütöv bir fikri ifadə edir, gürcü əlifbasında isə hər hərf, hər səs hissimizi, duyğumuzu işarələyir.

   Mən gürcü əlifbasını bilmədiyimdən söhbətə müdaxilə etmirəm. Amma hardasa oxumuşam ki, ilk gürcü yazısı IV əsrə aiddir, bu əlifba dünya əlifbaları sıralarında ilk onluqda, altıncı sırada yer alır.

   1712-ci ildə ilk gürcü mətbəəsində "Pələng dərisi geymiş pəhləvan" poeması basıldı. Çar VI Vaxtanqın şairliyi vardı, çar şeir yazırdı və fars dilindən tərcümələr edirdi. Məşhur "Kəlilə və Dimnə"ni o, Sulxan Saba Orbelianinin köməyi ilə gürcü dilinə çevirib. "Pələng dərisi geymiş pəhləvan"ın gürcü dilində əsli elm aləminə məlum deyil. Bəzi mənbələrə görə, eposun gerçək əsli 1225-ci ildə Xarəzm şahı Cəlaləddinin əsgərləri Tiflisi yandırdıqları zaman məhv edilib. Əlimizdə bu faktı təsdiqləyən heç bir tutarlı arqument olmadığından bu versiyanı mif adlandırmaqla kifayətlənək. Çar VI Vaxtanq eposu fars dilindən gürcü dilinə çevirib - bu isə təkzibolunmaz faktdır.

   Şəxsən mənim üçün qaranlıq qalan bir məsələ də mövcuddur, əcəba görəsən niyə gürcü kilsəsi eposun ilk gürcü nəşrinin az qala bütün nüsxələrini Kür çayına atıb? Mən bu müəmmanı çözə bilmirəm, bəlkə gürcü keşişləri bu sənət abidəsində "dinə dəyər sözlər" tapıblar? Hər halda bu olayın məntiqli əsası olmalıdır. Yoxsa nə oldu ki, birdən-birə VI Vaxtanqın xeyir-duası ilə çap olunmuş kitab Dəli Kürün sularına qərq oldu?

   1802-ci ildə Gürcüstan Çar Rusiyasının təbəəliyini qəbul edəndən sonra Yevgeni Bolxovitinov Gürcüstan haqqında bir kitab yazdı. Kitabda "Pələng dərisi geymiş pəhləvan" eposunun adı çəkilir. Onu da deyim ki, Bolxovitinovun əsəri Gürcüstan haqqında Rusiyada çap olunmuş ilk kitab kimi tarixə düşüb. XIX əsrin ortalarında artıq poemanın ayrı-ayrı hissələri rus dilinə çevrilmişdi. Viktor Hüqonun təşəbbüsü ilə poema Fransada işıq üzü görür, fransızlardan sonra ingilislər eposu tərcümə edirlər.

   Rəssam Kobuladzenin çəkdiyi illüstrasiyalar heç ağlımdan çıxmır. E.Burcanidzenin və M.Ziqinin epos mövzusunda çəkdikləri dramatik illüstrasiyalar haqqında haçansa bir yazı yazmaq amacıyla yenidən "Köhnə Tiflis" kafesinə dönürəm. Üç knyaz süfrə arxasında oturub - gürcü masasında qan düşmənçiliyi belə barışla sonuclanır, dostluqla bitir.

   David deyir ki, bizim ailəmizdə də belə bir hadisə olub, 75 il iki qonşu ailə küsülü olub. Bu küsülülük dədə-babadan başlayıb, nəvələr də salam verib-salam almayıblar. Bizim tanışımız batano David xaş bişirib qonşunun nəvəsini xaşa dəvət eləyib. Oturub bir-iki qədəh şərab içiblər, dilləri açılıb və bəlli olub ki, 75 il küsülü qalan iki qonşu ailə arasında heç bir ciddi problem yox imiş.

   David bir gürcü lətifəsi danışır. Lətifə dedim, yadıma başqa bir lətifə düşdü - "Səhranın bəyaz günəşi" filminin remeykinin premyerasından sonra türkmən Abdulla "Qızıl Ordu" əsgəri Suxova deyir:

   - Suxov, vstretiş rejissera remeyka, ne troqay eqo - on moy...

   ***

   Enriko Canelidze ilə də "Old Tbilisi" mədəniyyət mərkəzində tanış olduq. Mərkəz konservatoriyanın yaxınlığında yerləşir. Burada hər şeydə gürcü ab-havası duyulur, burada restoran fəaliyyət göstərir, ərzaq məhsulları Gürcüstandan gətirilir. Enriko poliqlotdur, dünyanın müxtəlif dillərində mahnılar oxuyur, onun repertuarı zəngindir. O, gürcü, türk, rus, azərbaycan və latın Amerikası xalqlarının musiqilərini ifa edir.

   Canelidze deyir ki, 1977-ci ildə Amerikaya dəvət olunubmuş:

   "Həmən ilin fevral ayında Nyu-Orleanda konsert verəcəkdim. Görkəmli musiqiçi, bəstəkar Rafiq Babayevlə Nyu-Orleanda tanış olduq. Rəşid Behbudovun Mahnı Teatrı o zaman Amerikada qastrolda idi. Mahnı Teatrı çıxışlarını başa vurmaq üzrəydi, biz isə qastrola başlayırdıq... Rafiq Babayevin faciəli ölümündən xəbər tutanda çox kədərləndim..."

   Söhbətin bu yerində batano Enriko susur. Sonra öz-özünə danışırmış kimi - Rafiq böyük musiqiçsi idi - deyir.

   Amerika qastrolundan qayıdandan sonra həmsöhbətim "Orero" vokal-instrumental ansamblının solisti olub. O zamanlar "Orero", "Qaya", "Pesnyarı" musiqi qrupları bütün dünyada şöhrət qazanmışdı. Vaxtanq Kikabizdenin Bakıdakı son konsertini yada salıram.

   "Azərbaycanlıların Miminoya, Kikabidzeyə olan rəğbətini gördüm, çox şad oldum, - deyir poliqlot Enriko.- Mənim repertuarımda "Qaya"nın mahnıları var. Arabir onların mahnılarını özüm üçün zümzümə eləyirəm. 1992-ci ildə Bakıda olmuşdum, aradan on səkkiz il keçib, Bakı o zaman da gözəl idi, indidə şəhərlər gözəlidir. Şəhərin yeni memarlıq üslubu məni xüsusilə cəlb edir. Sizin qonaqpərvərliyiniz və nəzakətiniz həmişə mənə xoş gəlib. Elə bir azərbaycanlıya rast gəlmədim ki, mənimlə söhbətində bir gürcü sözü işlətməsin".

   Mən Pirosmanidən danışıram. Peterburqlu gənc rəssam Mixail Le-Dantyü 1912-ci ilin martında Tiflisə gəlmişdi, Köhnə Tiflisin koloritli küçələrində gəzib dolaşmışdı. Və həmən bu gənc rəssam Mixail Le-Dantyü Tiflis əhlinin fərqində olmadığı böyük rəssamı bir duxanda necə kəşf etdiyini mənim dilimdən eşidən Enriko maraqla dinləyir - Pirosmaninin knyazı əlində çaxır dolu buynuz bizə baxıb gülümsəyir...

   ***

   Hərbi jurnalist, polkovnik Şəmistan Nəzərli bir çay məclisində məndən Tiflisdə vəziyyətin nə yerdə olduğunu xəbər almışdı.

   O günlərdə Tiflisdən həyəcanlı xəbərlər gəlirdi, rus qoşun hissələri Qoridən Tiflisə doğru irəliləyirdi. Ruslar türk jurnalistlərin maşınını atəşə tutmuşdular. İki jurnalistdən biri yaralanmışdı, onlar möcüzə nəticəsində sağ qalmışdılar. Gürcüstanda döyüşlər davam edirdi...

   Şəmistan müəllimə nə cavab verəcəyimi kəsdirə bilmirdim. Sən demə, uzun illərdi Şəmistan Nəzərli məni bir tiflisli kimi tanıyırmış. Burda mənim gürcüstanlı dostlarımın, yazıçı-tərcüməçi, "Hərbi bilik" jurnalının keçmiş redaktoru, mayor Həmzəli İlyaslının, tanınmış yazıçı Eyvaz Əlləzoğlunun, Nəriman Əbdürrəhmanlının, Rəşid Faxralının, heykəltəraş Cümşüd İbrahimlinin, indi haqq dünyasına qovuşmuş Vilayət Rüstəmzadənin və filosof Azər Mehdioğlunun və başqa dostlarımın "xüsusi xidmətləri"ni qeyd etməliyəm.

   Şəmistan Nəzərli Villi (Vilayət Rüstəmzadə), görkəmli teatr xadimi və naşir Molla Nəsrəddinçi İsmayıl Həqqi, Pirosmani və şair Nurhafiz haqqında yazdığım esseləri oxuyub, bəyənib və elə bu yazıların ab-havasından məni köhnə tiflisli kimi tanıyıb.

   Tiflisdə Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təsisçisi olduğu "QARAPAPAQLAR" elmi-kütləvi dərgi çap olunur. Dərginin ilk sayı 2005-ci ildə işıq üzü görüb, dörd sayı oxuculara çatdırılandan sonra dərgi bağlandı. 2007-ci ildən etibarən dərgi Akif Xansuvarlının redaktorluğu ilə yenidən nəşrinə başlayıb. Məndə dərginin bəzi nüsxələri var, bu günlərdə Nurhafiz dərginin son sayını mənə verib, sağ olsun.

   Nurhafizin "Hamı işıqdan keçir" kitabından bir şeir:

   

   Açılmaz güllərim yazda,

   Sən sazını köklə, sazla,

   Oxu kövrək bir avazla,

   Külə dönüm yavaş-yavaş...

   

   "Qarapapaqlar" dərgisinin bu sayında şair Rafiq Hümmətin bir silsilə şeiri yer alıb. Rafiq Hümmət Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin rəhbəridir.

   İndi də Rafiq Hümmətdən:

   

   Ahdı, çəkə-çəkə ölür,

   Şairin ahı bilinməz.

   Gecə-gündüzü qarışıq,

   Axşam-sabahı bilinməz.

   

   Yaşayar - dəli sayılar,

   Ölər - heykəli qoyular.

   Öz içinə sürgün olar,

   Günahı-suçu bilinməz.

   

   Vaxtın önündə düz durar,

   Tanrıynan üzbəüz durar.

   Özü öz boynunu vurar,

   Cəlladı-şahı bilinməz.

   

   Quşdu - budaq üstə ölər,

   Dumandı dağ üstə ölər.

   Şair ayaq üstə ölər,

   Ölümü, yahu, bilinməz.

   

   Tiflisdə bir Zezva Medulaşvili yaşayır - Medulaşvili Azərbaycan nağıllarını və dastanlarını gürcü dilinə çevirib. Bu yaxınlarda Medulaşvili Bakıda olub, təəssüf ki, biz görüşə bilmədik.

   Tiflisə yolum düşsə, mütləq Rafiq Hümməti, Zezva Medulaşvilini, İsmayıl Həqqinin nəvəsi Cəmilə xanımı arayıb axtaracağam. Və mütləq Orta Çalaya gedəcəyəm. Orta Çalanı, Meydanı, Müştəhid bağını, Şeyx Sənan dağını, Şeytan bazarı görməmisənsə, onda sən Tiflisi görməmisən. Bir axşam köhnə Tiflisdə bir kafeyə girib gürcü çaxırı sifariş verib, Pirosmaninin, Le-Dantyünün, Kobuladzenin, bir zamanlar məşhur "Orero"nun bədii rəhbəri olmuş böyük bəstəkar, cazmen Vaqif Mustafazadənin xatirəsini gürcü çaxırı ilə yad eləyəcəm...

   
Adil Mirseyid
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws