30 Iyul 2010-cı il N 136(3025)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (10827)
Dieqo Rivera - romantik kommunist (10552)
Cankorelin dialoq arzusu (6746)
Özünü kölgəyə verən müxalifət (6098)
Manıslarımız kimə arxalanırlar? (6008)
Dədəli-nənəli qələbə (5957)
Kölgənin kölgəsi (5938)
İP-in "peyğəmbər"i (5934)
Əzrayılın bala paylamaqlığı (5914)
Birlik indi yada düşdü?! (5856)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Qütbləşməyə meylli müxalifət

Nə sirri-xudadırsa, bizim müxalifətdəkilərin birlik, ittifaq, bloklaşma sözlərinə allergiyaları var. Birlik deyəndə, hərəsi üzünü bir tərəfə tutur. Fikir vermişəm, hər dəfə müxalifətdə birlik təşəbbüsü irəli sürüləndə, birlik əvəzinə qütbləşmə başlayır. Bu düşərgədəkilər birlikdən çox parçalanmağa həvəslidirlər...

   

   Vallah, mən Azərbaycan Milli İstiqlal Partiyasının rəhbərliyini heç cür başa düşəmmirəm. Bir yandan deyirlər ki, AMİP indiyənəcən heç bir blokda, ittifaqda təmsil olunmayıb, müstəqil fəaliyyətə üstünlük verir, o biri tərəfdən partiyanın sədri Yusif Bağırzadə müxalifətin bir araya gəlməsi ilə bağlı o biri partiyalarla görüşlər keçirir. Əmin ola bilərsiniz ki, bundan əvvəl müxalifətin birliyi ilə bağlı keçirilən o biri görüşlər kimi, AMİP sədrinin də bu cəhdləri nəticəsiz qalacaq.

   AMİP sədri Yusif Bağırzadə başqa partiya sədrləriylə indiyədək bir sıra görüşlər keçirib. ADP sədri Sərdar Cəlal-oğluyla görüşdən sonra Dempartiyanın da təmsil olunduğu "Qarabağ" bloku müxalifətə birlik çağırışı etdi. "Qarabağ"ın birlik təklifini müxalifət elə təpkiylə qarşıladı ki, sanki blok pis nəsə deyib. Birlik təklifinə reaksiyalar indinin özündə də davam edir.

   AMİP sədri "Qarabağ" blokunun məlum təklifini ikiəlli alqışlayır, amma bununla belə hesab edir ki, bu sənəd tez ortaya çıxıb. Yəni, Bağırzadə hesab edir ki, bu sənəd kiminsə məhsulu yox, birgə məhsul olmalıdır. Belə çıxır ki, Y.Bağırzadə də başqaları kimi, təklifin özgəsi tərəfindən irəli sürülməsiylə barışmır. AMİP sədri deyir ki, bəs siyasi partiyaların rəhbərləri bir araya gəldikdən sonra bu sənəd işçi qrupu səviyyəsində hazırlanmalıdır. "Bu təklifin sənəd formasına salınması hələ tezdir. Bu, tərəflərin razılığından sonra sənəd formasına salınmalıdır".

   Day deyin ki, heç vaxt. Yəni, müxalifət partiyalarının rəhbərləri nə vaxt bir araya gələ bilirlər ki, bu təklifi də müzakirə edib, sənəd halına salsınlar? İllərdi düşərgənin əsas problemlərindən biri də elə bir araya gələ bilməmək deyilmi?!

   Bağırzadə yaradılan bütün siyasi ittifaqlara, bloklara hörmətlə yanaşdıqlarını deyir. Ancaq hesab edir ki, müəyyən tezislər uğrunda Azərbaycanın aparıcı müxalifət partiyaları bir araya gələ bilərlər. "Yəni, onlar həmin bloklarda, ittifaqlarda fəaliyyətlərini davam etdirirlər, ancaq müəyyən bir məqsəd uğrunda birləşib bir dialoq apara, ümimi qərara gələ, vahid mövqedən çıxış edə bilərlər". Elə "Qarabağ" blokunun təklifində də belə bir fikir irəli sürülüb.

   AMİP sədri indiyədək aparıcı 5-6 müxalifət partiyasının bir araya gələ bildiyini yadına sala bilmir. Amma soruşsan ki, bəs qütbləşmə, parçalanma necə? Əmin ola bilərsiniz ki, Yusif Bağırzadə istənilən qədər belə fakt sadalaya bilər. Kəsəsi, bizim müxalifət birliyə yox, parçalanmaya meyllidir...
Qalib İBRAHİMOĞLU
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
123456
78910111213
14151617181920
21222324252627
28293031
 
Copyright © 2002-2012 Express Site by: azDesign.ws