30 Iyul 2010-cı il N 136(3025)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9009)
Dieqo Rivera - romantik kommunist (8771)
Cankorelin dialoq arzusu (6222)
Özünü kölgəyə verən müxalifət (5596)
Dədəli-nənəli qələbə (5547)
İP-in "peyğəmbər"i (5498)
Əzrayılın bala paylamaqlığı (5476)
Kölgənin kölgəsi (5437)
Seçki kəşfləri (5406)
Manıslarımız kimə arxalanırlar? (5372)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
"Bakı" Avropa kuboklarından kənarda qaldı
14:45 23-07-10
UEFA Avropa Liqasının ikinci təsnifat oyununda "Bakı" klubu səfərdə Çernoqoriyanın "Buduçnost" komandası ilə qarşılaşıb. Komandamız oyuna 3:0 hesablı texniki məğlubiyyətlə çıxıb. Baxmayaraq ki, Bakıda keçirilən oyun "Bakı"nın 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

   

   Çernoqoriyadakı oyun da komandamızın qələbəsi ilə bitib. Qolları 28-ci dəqiqədə Aleksandar Şoliç, 42-ci dəqiqədə isə Jaba vurub. Lakin Çernoqoriya klubu 64-cü dəqiqədə Nenad Beqoviçin qolu ilə hesab arasındakı fərqi azaldıb. Oyun bu hesabla başa çatıb və növbəti mərhələyə "Buduçnost" vəsiqə qazanıb.

   

   Qeyd edək ki, Avropa Liqasının "Bakı"nın "Buduçnost"la ilk oyununun nəticəsi ləğv olunub. Komandamızın iyulun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda 2:1 hesabı ilə qalib gəldiyi görüşün nəticəsi texniki məğlubiyyətlə əvəzlənib. Buna "zolaqlılar"ın heyətində kamerunlu legioner Joel Epallenin meydana çıxması səbəb olub. Belə ki, 2006/07 mövsümündə "İraklis"də (Yunanıstan) çıxış edən Joel UEFA kubokunun "Visla" (Polşa) ilə ilk görüşündə qırmızı vərəqə alıb. 2006-cı il sentyabrın 14-də keçirilən ilk qarşılaşmanın 71-ci dəqiqəsində cəzalanan afrikalı futbolçu meydandan birbaşa qovulduğu üçün ən azı 2 oyunluq diskvalifikasiya olunub. Polşalılarla cavab matçını buraxsa da, yarımmüdafiəçinin cəzası tam bitməyib. "İraklis" iki oyunun nəticəsinə əsasən (Polşada 1:0 hesablı qələbə, Salonikidə 0:2 hesablı məğlubiyyət) mübarizədən kənarda qaldığından, Joelin cəzası hələ də qalmaqdadır. Futbolçu sonradan "İraklis"dən "Bohum"a keçsə də, almanlar axırıncı dəfə qitə miqyaslı turnirlərdə 2004/2005 mövsümündə mübarizə aparıb. UEFA ötən gün "Bakı" klubuna göndərdiyi faksda qərarını açıqlayıb. Qərara görə, təmsilçimizə 0:3 hesablı məğlubiyyət verilib. Bundan başqa, bakılılar 3 min avro cərimələnib.

   

   EKSPRESS.AZ
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws