ABŞ bütün ölkələri Kosovonun müstəqilliyini tanımağa çağırdı
15:00 23-07-10
ABŞ-ın dövlət katibi Hillari Klinton Beynəlxalq məhkəmənin Kosovonun müstəqilliyi ilə bağlı qərarını alqışlayıb. Bu barədə ABŞ Dövlət Departamenti tərəfindən yayılan bəyanatda deyilir.
Hillari Klinton bildirib ki, Beynəlxalq məhkəmə tövsiyyə olunan hökm çıxarıb: "Məhkəmə ABŞ-ın çoxdankı mövqeyi ilə razılaşıb ki, Kosovonun müstəqillyi beynəlxalq hüquqa uyğundur. İndiyədək bu addımı atmayan ölkələri Kosovonu tanımağa çağırırıq".
Hillari Klintonun fikrincə, Kosovo müstəqil dövlətdir və onun ərazisi bölünməzdir.
EKSPRESS.AZ