Aİ İrana qarşı sərt sanksiyalar yeridib
10:40 27-07-10
Avropanın xarici işlər nazirləri İrana qarşı sərt sanksiyalar yeridiblər
Bu sanksiyalar İran iqtisadiyyatının dayaqlarını təşkil edən neft və qaz sənayesini
hədəfləyir.
Sanksiyalara görə, Avropa ölkələrindən mümkün investisiyalar dondurulacaq.
Diplomatlar bildirirlər ki, yeni qaz hasilatı və neft emalı ilə bağlı texnologiya və avadanlığın satışına qadağa qoyulub.
İran bankları ilə bağlı ayıqlıq artırılacaq, yük təyyarələrinin uçuşlarına məhdudiyyətlər qoyulacaq və iranlı fərdlərin və şirkətlərin adları qara siyahıya salınacaq.
Bir avropalı rəsmi deyib ki, bu, Aİ-nin indiyə kimi hansısa ölkəyə qarşı qəbul etdiyi ən sərt sanksiya olacaq.
Bütün bunlar İranı danışıqları bərpa etməyə və uranın zənginləşdirilməsi proqramını ləğv etməyə məcbur etmək üçündür.
İran prezidenti Aİ-ni reaksiya verəcəyi ilə xəbərdar edib.
Amma Tehrandan sentyabr ayında yeni danışıqlara dair işarələr də alınmaqdadır.
EKSPRESS.AZ