ABŞ Əfqanıstanla bağlı sənədlərin dərc edilməsini pisləyib
10:45 27-07-10
ABŞ Əfqanıstandakı müharibə ilə bağlı on minlərlə məxfi sənədin dərc edilməsini pisləyib.
ABŞ bildirib ki, bu, NATO və əfqan əsgərlərini təhlükə ilə üz-üzə qoyaraq milli təhlükəsizliyi hədə altına alır.
Sızdırılmış sənədlər Britaniya, Amerika və Almaniyada dərc olunub.
Bu sənədlər əfqan münaqişəsi ilə bağlı açıqlanmamış hallara aiddir və burada Təlebana yardım etdiyi üçün Pakistan ilə İran günahlandırılır.
Sənədlərdən birində yaraqlılarla Pakistanın sabiq kəşfiyyat rəisi leytenant general Həmid Gül arasındakı iddia edilən görüş təsvir edilib.
General Gül deyib ki, bu hesabat əsl uydurmadır.
EKSPRESS.AZ