ABŞ Əfqanıstanda itən əsgərləri xilas etməyə çalışır
10:48 27-07-10
Əfqanıstanın Loqar bölgəsində itkin düşmüş 2 Amerika əsgəri barədə hökumətlə Təlibanın verdiyi məlumatında ziddiyyət nəzərə çarpır.
Əfqan rəsmiləri Loqar bölgəsində itkin düşmüş 2 Amerika hərbiçisinin harada olduqlarının onlara məlum olduğunu deyiblər.
Kabuldan cənubda yerləşən Loqar bölgəsinin qubernatorunun sözçüsü deyib ki, 2 itkin düşmüş Amerikalı hərbiçi sağdır.
Taliban qüvvələri isə əsgərlərdən birinin atışmada öldürüldüyünü, digər hərbçinin isə əsir düşdüyünü deyiblər.
2 amerikalını sonuncu dəfə cümə günü Çarx kəndi yaxınlığında avtomobillə hərəkət edərkən görüblər.
NATO mənbələri Taliban qüvvələrinin olduğu ərazidə əsgərlərin maşınla dolaşmasının səbəblərini izah edə bilməyiblər.
Məlumata görə, həmin ərazidə heç bir tapşırığın yerinə yetirilməsi nəzərdə tutulmayıb.
Yerli ağsaqqallar və tayfa rəhbərləri vasitəsi ilə tutulan amerikalıların azad olunmasına dair səylər göstərilir.
EKSPRESS.AZ