Ermənistandakı həbsxanalarda sıxlıq yaranıb
11:00 27-07-10
Ermənistandakı bir sıra ictimai təşkilatlar ölkədəki cəzaçəkmə müəssisələrində məhkumların sayının çoxluğu ilə bağlı birgə bəyanatla çıxış ediblər. Bəyanatda deyilir ki, son illər ərzində cəzaçəkmə müəssisələrindəki məhkumların sayında ciddi artım var-son bir ildə məhkumların sayı 20 faizdən də çox artıb. İyulun 1-nə olan məlumata görə, maksimum 4396 məhkum üçün nəzərdə tutulan cəzaçəkmə müəssissələrində 4850 məhkum saxlanılır. Məsələr, "Nubaraşen" cəzaçəkmə müəssisəsində 8 nəfərlik kameralarda iki dəfə çox, bəzən isə 20 məhkum saxlanılır.
İctimai təşkilatların bəyanatında deyilir ki, hər bir məhkuma 2 kv.metrdən də az yer düşür. Halbuki, Ermənistan qanuvericiliyinə, eləcə də də beynəoxalq satandartlara görə, hər bir məhkuma ən azı 4 kv.metr sahə ayrılmalıdır. Bəyanat müəllifləri hesab edirlər ki, məhkumların sayının çoxluğu psixoloji problemlərə, oksigen aclığına, sağlamlığın pisləşməsinə, psixi gərginliyi və münaqişələrə səbəb olur. Bu şərait isə İnsan hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən qəddarlıq və rəhmsizlik, ləyaqətin alçaldılması, bəzən isə işgəncə kimi qiymətləndirilir.
İctimai təşkilatlar bəyan ediblər ki, penitensiar sistemdəki dözülməz vəziyyətə cinayətkarlığın artması, məhkəmələr tərəfindən həbs-qətimkan tədbirindən olduqca geniş şəkildə istifadə olunması səbəb olur. Bəyanat müəllifləri yaranmış durumdan çıxış yolunu amnistiyanın tətbiqində görürlər.
ESPRESS.AZ