30 Iyul 2010-cı il N 136(3025)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Satqınlıq iddiası (269)
Dünən şeş, bu gün beş?! (261)
Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır (236)
Axundun bazlığı (230)
Məsciddə eşq macərası... (225)
Nostalji (221)
Petrik fenomeni (173)
Ulduzu barışmayacaq partiyalar (161)
Son sözü əvvəldə deyənlər (158)
Kimdir qeyri-ciddi siyasətçi? (155)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
Quba məzarlığındakı sümüklər basdırılmalıdır ya yox?
11:23 27-07-10
Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hesabına Qubada soyqrım memorial kompleksinin inşasına son hazırlıq işləri görülür. ANS-in bölgə müxbiri Qubadakı kütləvi məzarlıqda 1918-ci ildə erməni vəhşilyinin qurbanı olmuş dinc insanların xatirəsinə ucaldılacaq soyqırım memorial kompleksinin inşasının artıq reallaşmaq üzrə olduğunu bildirib. Artıq bir müddətdir ki, müvafiq dövlət qurumları işə başlayıb.

   

   Son vaxtlar ictimaiyyət arasında məzarlıqda aşkar edilmiş insan sümüklərinin dini inancımıza görə basdırılması məsələsi gündəmə gəlib. Məzarlıqdakı sümüklər basdırılmalıdır, yoxsa bunu etmək lazım deyil? Quba sakinləri arasında aparılan sorğu zamanı cavablar müxtəlif olub.

   

   Quba rayon sakini Ramiz Əmirxanov bildirib ki, məzarlıqdakı sümüklərin basdırılmasının əleyhinədir: "Bu sümüklər gələcək nəsillərə qalmalıdır, amma müsəlman adətinə görə basdırılmalıdır. Lakin öz fikrimin üstündə qalıram, çünki bütün dünya bunu görməli və bütün dünya bilməlidir ki, ermənilər nə ediblər".

   

   Qafqaz Müsəlmanları İdarəsinin Quba üzrə nümayəndəsi hacı Naib isə hesab edir ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı sübut edən canlı faktların izləri itirilməməlidir. "Mən bir din xadimi kimi bunu deyə bilərəm ki, tarixi basdıra-basdıra gəlib bu hala qalmışıq. Düzdür, hər bir cəsəd müsəlman adətinə görə qüsullanmalı, kəfənlənməli, basdırılmalıdır. Amma onların paltarları özlərinə kəfən olub, qanları özlərinə qüsul olub. Mən bir din xadimi kimi sümüklərin basdırılmasından çox, aşkarda qalaraq bütün dünyaya elan olunmasının tərəfdarıyam", -deyə Qafqaz Müsəlmanları İdarəsinin Quba üzrə nümayəndəsi hacı Naib bildirib.

   

   Quba məzarlığını ziyarət edən insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova da kütləvi məzarlıqdakı sümüklərin basdırılmasının tərəfdarı olmadığını deyib. Quba məzalığının sübut olduğunu vurğulayan ombudsman ermənilərin hər yerdə onlara qarşı belə soyqırım törətdiklərini haray saldıqlarını deyib: "Azərbaycan ərazisində bir çox qəzalarda belə soyqırımlar törədilib. Budur canlı şahidlər, budur canlı sübutlar".

   

   Məzarlıqda arxeoloji araşdırma aparmış Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitunun Quba soyqrımı üzrə ekspedisiyasının rəhbəri Qəhrəman Ağayevin də məsələyə baxışı birmənalıdır: "Bunlar soyqırıma məruz qalan dinc əhalidir. Biz bu sümükləri basdırsaq, ermənilərin bütün dünyaya yaydığı fikirləri təsdiqləyərik. Ermənilər tərəfindən bizə zənglər gəlir və onlar bizə deyirlər ki, biz oraya gələcəyik və sübut edəcəyik ki, onlar məhz ermənilərdir. Əgər sümüklər basdırılsa, deməli biz ermənilərin fikirlərini təsdiqləyirik. Şəxsən tədqiqatçı kimi sümüklərin basdırılmasının əleyhinəyəm".

   

   7000-dən artıq insan sümükləri məhkəmə tibbi ekspertizası və Pataloji Anatomiya Birliyinin idarəsində xüsusi məhlulla yuyularaq təmizlənib və rənglənib. Belə halda isə sümüklər ən azı 15 il qalacaq.

   

   Qeyd edək ki, Qubada şəhər stadionu ərazisində kompleksin tikintisi üçün 3.5 hektar torpaq sahəsinin ayrılması barədə sərəncam imzalanıb və artıq ərazidə kompleksin təməlqoyma mərasiminə hazırlıq işləri gedir. Quba rayon İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri Əsəd Babayev tikinti işlərinə başlanıldığını bildirib. Məzarlığın yaxınlığında yerləşən Qudyalçayın içərisində beton bəndlərin inşasına başlanılıb. Bəndin vurulmasına məqsəd sel sularının məzarlıq ərazisinə yaxınlaşmasının qarşısını almaqdır.

   

   "Azərkörpü" SC-nin iş icraçısı Məmməd Hacıyev bu bəndin ümumi uzunluğunun 590 metr, hündürlüyünün isə 5 metr olmaqla iki mərhələdən keçdiyi barədə məlumat verib: "Hazırda biz onun birinci mərhələsini davam etdiririk. Məzarlığın qarşısında tikinti-quraşdırma işləri gedir. Qudyalçayda mühafizə məqsədi ilə betonbəndlənmə davam edir. Layihənin avqusta ayının sonuna kimi tamamlanması proqramlaşdırılır".

   

   EKSRESS.AZ
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
27282930
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws