Həbsxanada baş vermiş yanğında bir məhkum öldü
12:22 27-07-10
Türkiyənin Elazığ vilayətindəki “E” tipli həsxanada yanğın baş verib. Yanğın psixoloji problemi olan bir qrup məhkumun kamerada olan yataqları yandırması nəticəsində baş verib. Kameranın qapısını açmağa izn verməyən məhkumlar tüstüdən zəhərlənib. Nəticədə məhkumlardan biri ölüb, 3 məhkum isə xəstəxanaya çatdırılıb. Hazırda yanğınsöndürmə dəstələri alovun qarşısı alaraq yanğını nəzarətə götürüb.
EKSPRESS.AZ