Bişkekdə beynəlxalq donor konfransı keçirilir
11:52 28-07-10
Hökumət ötən aykı zorakılıqdan sonra bərpa işlərinə milyardlarla dollar yardım istəyir.
Etnik özbəklərlə qırğızlar arasındakı iğtişaşlar zamanı yüz minlərlə adam didərgin düşüb.
Qırğız hökuməti zorakılıq zamanı dağılmış evləri əvəz etmək üçün Oş şəhərində yeni yaşayış binalarının tikilməsini istədiyini deyib.
Amma BMT narahatdır ki, bu addım özbək icması arasında təhlükəsizliyin olmaması hislərini artıra bilər.
EKSPRESS.AZ