Britaniyanın baş naziri Türkiyəni Aİ-də görmək istəyir
12:05 28-07-10
Britaniyanın baş naziri David Cameron Türkiyənin Avropa İttifaqına daxil olmasına icazə verilməsinə çağırıb.
Ankarada nitqi zamanı cənab Cameron deyib ki, ölkənin ittifaqa üzvlüyü bu bloku yalnız möhkəmlədəcək.
Türkiyənin Aİ-dəki gələcəyi ilə bağlı narahatlıq ifadə edənlərə isə cənab Cameron belə cavab verib ki, Türkiyənin düşərgəni qoruması, amma çadırın içində oturmasına icazə verilməməsini söyləmək yanlışdır.
Aİ Türkiyənin bloka tam üzvlüyünə icazə verilib-verilməməsi məsələsində parçalanıb. Danışıqlar isə olduqca yavaş gedir.
EKSPRESS.AZ