Rusiya İrana qarşı sanksiyalar əleyhinədir
12:16 28-07-10
Rusiya Avropa İttifaqının İrana qarşı sərt sanksiyaları əleyhinə çıxış edib
Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, BMT-nin yeritdiyindən başqa yeni sanksiyalar qəbuledilməzdir.
Nazirliyin fikrincə, bu sanksiyalar İranın nüvə proqramı məsələsinin diplomatik həlli yollarını tapmaq səylərini zərbə altına alır.
Bazar ertəsi Aİ silsilə tədbirlərə dair razılıq əldə edib.
Buraya İranın neft və qaz sənayesinə yatırımlara məhdudiyyətlərin qoyulması da daxildir.
EKSPRESS.AZ