30 Iyul 2010-cı il N 136(3025)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Satqınlıq iddiası (275)
Dünən şeş, bu gün beş?! (262)
Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır (239)
Axundun bazlığı (230)
Nostalji (227)
Məsciddə eşq macərası... (226)
Kondisionerli zal axtarışı (178)
Petrik fenomeni (177)
İmpressionist etüd (173)
Ulduzu barışmayacaq partiyalar (168)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
Şabrandakı meşə massivləri yanmaqda davam edir
12:40 28-07-10
Kəskin istilər ölkə ərazisində meşə yanğınlarına səbəb olub. Hazırda Şabranın 7 kəndində meşə yanğınları davam edir. Bu gün şimal bölgəsində küləklə müşahidə olunan isti hava Şabran rayonunun Xəlfələr kəndi ərazisində başlayan yanğının qısa zamanda rayonun digər kəndlərinin ərazisinə yayılmasına səbəb olub.

   

   Şabran rayon icra hakimiyyətinin başçısı Novruz Novruzovun verdiyi məlumata görə, yanğın 7 kəndi əhatə edir. Təqribən 1000 hektara yaxın əkin, biçənək, bağ sahələri yanıb, yanğın Zeyvə kəndinin yaxınlığındakı meşə massivinə doğru irəliləyir.

   

   Yanğının söndürülməsi üçün rayon sakinləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, FHN-in Şimal regional bölməsinin qüvvələri səfərbər edilib.

   

   Fövqəladə Hallar Nazirliyinin Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsinin böyük inspektoru Nail Dəmirov yanğın barəsində saat 14:00 radələrində məlumat daxil olduğunu bildirib. Hazırda yanğının qarşısının alınması üçün Şabran rayonundan 4, Siyəzən rayonundan isə 2 yanğınsöndürən maşının yanğın baş verən əraziyə göndərildiyini bildirilir.

   

   Yanğının baş verdiyi sahələrin dağlıq ərazi olduğundan alovun qarşısının alınmasında qismən çətinlik yaranıb. Hələlik baş verən yanğınlar nəticəsində heç kimin xəsarət almadığı bildirilir. Yanğın ümumilikdə 7 kəndin - Xəlfələr, Sumağoba, Qazma, Pirəbədil, Qorğan, Borbor, Dağ Bilici kəndlərinin ərazisini əhatə edir.

   

   Yanğının söndürülməsi ilə bağlı əməliyyat bu saatlarda da davam etdirilir.

   

   EKSPRESS.AZ
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
27282930
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws