Rusiya İrana qarşı sanksiyaları sərt tənqid etdi
14:22 28-07-10
İrana qarşı birtərəfli sanksiyaların tətbiqi yolverilməzdir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Andrey Nesterenko Avropa Birliyinin Xarici İşlər Şurasının İrana qarşı yeni sanksiyaları təqdir etməsinə cavab olaraq deyib.
Xatırladaq ki, İrana qarşı tətbiq edilən sanksiya bu ölkə ilə iqtisadi münasibətlərdə sərtləşmə və neft-qaz sektoruna qoyulan investisiyanın qadağan edilməsini tələb edir.
"Biz artıq bir neçə dəfə bəyan etmişik, BMT Təhlükəsizlik Şurasının İrana qarşı birtərəfli qaydada sanksiyaların tətbiq edilməsi barədə qərarını yolverilməz hesab edirik", deyə Nesterenko vurğulayıb.
"Bu, nəinki bizim İranın nüvə prqoramı ilə bağlı yaranmış durumu diplomatik yolla nizamlamaq yolunda birgə səylərimizi korlayır, həmçinin BMT Təhlükəısizlik Şurasının razılaşdırılmış qətnaməsinə qarşı sayqısızlıqdır",-deyə Rusiya XİN rəsmisi əlavə edib.
Nesterenko onu da bildirib ki, Avropa Birliyinin İrana qarşı qəbul etdiyi sanksiyalar, əvvəllər ABŞ hökumətinin də qəbul etdiyi qərarlar paketi kimi yaranmış durumun dəyişilməsinə kömək etməyəcək: "Bu yolla İranın nüvə proqramı ilə bağlı problemi siyasi-diplomatik üsulla həll etmək imkanları da əldən çıxacaq. Biz bunu görürük".
EKSPRESS.AZ