Bu gün borclu abonentlərin qazı kəsiləcək
14:50 28-07-10
Bu gün qazdan istifadəyə görə borcu olan abunəçilərin mənzillərinə verilən təbii qaz dayandırılacaq. Bu xəbərdarlığı Dövlət Neft şirkətinin "Azəriqaz" istehsalat birliyi yayıb. Birliyin məlumatında qeyd olunur ki, istifadəyə görə mövcud olan borclar saat 12-ə kimi tamamilə ödənilməlidir. Xəbərdarlığa görə, təbii qaz təchizatı dayandırılmış abonentlərin mənzillərinə yenidən mavi yanacağın verilməsi ödəniş edildikdən bir həftə sonra bərpa olunacaq.
EKSPRESS.AZ